Leyla Abdullayeva: "İsveçrə XİN Dağlıq Qarabağda "seçkilər"i etibarsız hesab edir"
Tarix: 15-04-2020 19:51 | Bölmə: Siyasət
Leyla Abdullayeva: "İsveçrə XİN Dağlıq Qarabağda "seçkilər"i etibarsız hesab edir"

İsveçrə Xarici İşlər Nazirliyi (XİN) Dağlıq Qarabağda keçirilən qondarma "seçkilər"i etibarsız hesab edir.

Reyting.az
xəbər verir ki, bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva "Twitter"də bildirib.

"İsveçrə Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə tam dəstəyini bir daha ifadə edib. Azərbaycanın işğal olunmuş torpaqlarında keçirilən qeyri-qanuni "seçkilər"ə münasibət bildirən İsveçrənin Xarici İşlər Nazirliyi öz notasında bu "seçkilər"i etibarsız hesab etdiyini bəyan edib", - deyə XİN rəsmisi qeyd edib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}