Sədr postu uğrunda mübarizə ata-oğul qarşıdurmasına səbəb olub
Dövlət Agentliyinin rəisi vəzifədən azad olunub - Yeni təyinat - (Yenilənib)
Nazir Emin Əmrullayevə bir neçə sual
Anar Əsədlidən 4 şikayətçi var
Vəkil Zabil Qəhrəmanov həbs olunub
Ramiz Mehdiyevin Rusiyaya yazdığı gizli məktub üzə çıxıb - Fotofakt
1500 illik qızıl sikkə xəzinəsi tapılıb
Prezident səfirləri geri çağırıb - Yeni təyinatlar - (Yenilənib)
Azərbaycanın Yaxın Şərq həmləsi: Vaşinqtondan dəstək var
"Neftçi" qələbə qazanıb
Qubadlı şəhərinin işğaldan azad olunmasından 5 il ötür
ASC-də nöqsanlar aşkar edilib
Tarix: 22-12-2016 16:13 | Bölmə: Siyasət
"İran prezidenti Həsən Ruhani 21 dekabrda Ermənistana bir günlük səfəri zamanı erməni həmkarı ilə əlaqələrin inkişafı məqsədilə 5 memorandum imzaladı, hökumətlərarası 4 altkomissyanın yaradılmasına razılaşdı, ortaq bəyanat qəbul etdi, bisnez forumda iştirak etdi.
İmzalanan niyyət protokolları elə böyük çəkiyə malik deyil. Tərəflər idman, fövqəladə hallar sahəsində, muzeylərarası əməkdaşlıq, turizmin inkişafı, sərhəd sularının birgə istifadəsi niyyətində olduqlarını bildiriblər. Başqa sözlə, uzun müddətdir İran prezidentini İrəvanda gözləyən Ermənistan prezidenti Serj Sərkisyan iranlı həmkarı ilə hansısa böyük layihənin həyata keçirilməsi və bu layihəyə kredit ayrılması barədə sənədə imza ata bilməyib”.
Reyting.az xəbər verir ki, bu fikirləri "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu İran prezidentinin Ermənistana səfərini şərh edərkən bildirib.
Politoloqun fikrincə, Serj Sərkisyan iranlı həmkarını inandırmaq istəyib ki, 180 milyonluq Avrasiya İqtisadi Birliyinin bazarının üzvü olan Ermənistan İran biznesi üçün münbit məkandır: "Yəni, gəlin Ermənistanda fabrik və zavodlar açın və istehsal etdiyiniz məhsulları Avrasiya İqtisadi Birliyi bazarında satın.
Ancaq eynisini İran təklif edir: Gəlin Araz çayı sahilində yaratdığımız azad iqtisadi zonada fabrik vəzavod açın vəburada istehsal olunan məhsulları hara istəsəz satın. Nə bu bu təklif erməni işadamlarını, nə də Avrasiya İqtisadi Birliyi bazarı təklifi iranlı işadamlarını cəlb edir.
Serj Sərkisyan Həsən Ruhaniyə daha iki təklif irəli sürüb:
Birinci təklif: İran-Ermənistan-Gürcüstan-Rusiya enerji koridoru fəaliyyətə başlasın;
İkinci təklif: Fars körfəzi – Qara dəniz beynəlxalq nəqliyyat dəhlizini işə salaq.
Aydındır ki, Sərkisyan bu iki təklifin reallaşması vasitəsilə Ermənistanın bölgədəki rolunun və gəlirlərinin artmasına ümidlidir. Sərkisyan İran qazının və mallarının Ermənistan üzərindən Avropaya çatdırılmasını, gələcəkdə isə bu xəttə digər dövlətlərin qoşulmasını istəyir. Sərkisyan bu xətləri ucuz, qısa və təhlükəsiz adlandırıb. Yəni demək istəyib ki, bu xətlər Azərbaycanın təklif etdiyi xətlərdən ucuz, qısa və təhlükəsizdir”.
E.Şahinoğlunun fikrincə, fərq ondadır ki, Azərbaycanın vaxtilə irəli sürdüyü layihələr və xətlər reallaşma mərhələsindədir, bəzi işlər isə başa çatmaq üzrədir, Ermənistan isə təkliflərinə müxtəlif ölkələrdən, o cümlədən İrandan hələ cavab gözləyir: "Digər tərəfdən, Sərkisyan bu təkliflərini iranlı həmkarının diqqətinə çatdırarkən, yeni nəqliyyat xətlərinin tikilməsini, var olanlarının isə modernləşdirilməsinin kimin və kimlərin hesabına maliyyələşdiriləcəyini açıqlamayıb. Çünki, həmin kimsə və ya kimlərsə yoxdur. Əgər Sərkisyan təklif etdiyi layihələri Tehranın maliyyələşdirəcəyini düşünürsə, İranın kredit imkanları olsaydı, Astara-Rəşt dəmiryolunun tikintisinin maliyyəsi üçün Bakıya müraciət etməzdi.
Buna baxmayaraq, İran-Ermənistan əməkdaşlığının konkret nəticələri də var. Məsələn, 2016-cı ilin ilk altı ayında Ermənistana İrandan 260 min turist gəlib. Bu, Ermənistan kimi kiçik ölkəyəəlavə gəlir mənbəyidir. Ayrıca, Həsən Ruhaninin İrəvanda verdiyi açıqlamaya görə, Ermənistanın iki şəhəri – Mehri və Aqaraka İran qazının nəqli başlayacaq.
Həsən Ruhani İrəvanda eləbelədədeyib: "İran qazı bu iki erməni şəhərində yaşayan sakinlərin evləri ilə yanaşı ürəklərini də qızdıracaq”.
İran prezidenti Ermənistana daha bir şad xəbərini çatdırıb: "Türkmənistanla əldə edilmiş razılığa görə bu ölkədən aldığımız qazı üçüncü ölkələrə çatdıra bilərik”. Yəni demək istəyib ki, Ermənistan İran üzərindən türkmən qazını ala bilər.
Serj Sərkisyan Həsən Ruhaninin bu təklifinə münasibət bildirməyib. Bunun obyektiv səbəbi var. Çünki, minimum maliyyəsi olan Ermənistan onsuz da Rusiyadan və İrandan qaz alır, bundan artıq həcm ona lazım deyil”.
Politoloq qeyd edib ki, Ermənistanın maliyyə imkanları məhduddur ki, İrandan aldığı qazın hesabını elektirk enerjisinin idxalı ilə əvəz edir. "İrəvanın marağı ondadır ki, İran Ermənistan üzərindən daha böyük imkanlara malik qaz boru xətti tiksin ki, həmin boru xətti iləhəm İran, həm dəTürkmənistan qazını üçüncü ölkələrə nəql etmək mümkün olsun. Buna isə İranın gücü çatmır”,-deyə E.Şahinoğlu bildirib.
Bölməyə aid digər xəbərlər
















ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək
"Xalq qəzeti"nin şöbə müdiri deyir ki, ömrü boyu özünü axtaran, dəfələrlə yanından ötüb keçən o qədər insan var ki