07:48 / 21-10-2025
Ruslar Xarkova hücum edib
İsrail ordusu atəşkəsə əməl etmir
Tarix: 21-10-2025 08:45 | Bölmə: Siyasət
İsrail ordusu atəşkəsə əməl etmir

İsrailin Qəzzaya raket hücumları nəticəsində son 24 saat ərzində 57 nəfər həlak olub.

Reyting.az
“Anadolu” agentliyinə istinadla xəbər verir ki, 2023-cü il oktyabrın 8-dən İsrailin Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı 68. 216 nəfərə, yaralıların isə 170. 361 nəfərə çatıb.

Qəzza Səhiyyə Nazirliyinin yazılı açıqlamasında İsrailin hücumları nəticəsində ölən və yaralananlar, dağıntılar altından çıxarılan yeni cəsədlərlə bağlı məlumat verilir. Deyilir ki, son 24 saat ərzində Qəzza zolağının xəstəxanalarına 57 ölü və 158 yaralı gətirilib ki, onlardan 12-si dağıntılar altından çıxarılıb.

Bu arada ABŞ prezidenti Donald Tramp İsrailin davam edən hücumlarına baxmayaraq Qəzza zolağında atəşkəsin qüvvədə qaldığını deyib. O, HƏMAS rəhbərliyinin “müqaviləni pozmalarına” görə heç bir məsuliyyət daşımadığını vurğulayıb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər