Prezident icra başçısını vəzifədən azad edib - Foto
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 12-11-2015 13:50 | Bölmə: Siyasət

Moskvada MDB respublikalarının təhlükəsizlik şuralarının katiblərinin müşavirəsi keçirilib.
Məlumata görə, müşavirə iştirakçıları MDB məkanında milli təhlükəsizliyin təmin edilməsinin aktual məsələlərini müzakirə ediblər. Qapalı rejimdə keçirilən müşavirədə Azərbaycanı Prezident Administrasiyasının rəhbəri, Təhlükəsizlik Şurasının katibi funksiyasını yerinə yetirən Ramiz Mehdiyev təmsil edib.
Bu, MDB təhlükəsizlik şuraları katiblərinin üçüncü toplantısıdır. Məlumatda deyilir ki, iştirakçılar səlahiyyətli orqanlar arasında qanunsuz miqrasiyaya, habelə MDB dövlətləri arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsinə dair koordinasiya müzakirə olunub. Gündəmə habelə Yaxın Şərq və Mərkəzi Asiyada təhlükəsizlik mövzusu daxil edilib.
Toplantıda "İslam dövləti” terroçu qruplaşmasının ekspansiyasına qarşı birgə addımlar müzakirə olunub, o cümlədən MDB ölkələrinin vətəndaşlarının bu qruplaşma tərəfindən ələ alınmasına qarşı mübarizə barədə müzakirələr aparılıb.
Toplantıda Rusiya nümayəndə heyətinə Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Nikolay Patruşev rəhbərlik edib. İştirakçılar belə ümumi mövqeyə gəliblər ki, MDB ölkələrinin müdafiə, xüsusi xidmət və hüquq-mühafizə orqanları arasında əməkdaşlığı gücləndirmək lazımdır.
Müşavirə çərçivəsində Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev arasında ayrıca görüş olub.
Tərəflər Xəzər regionunda beynəlxalq təhlükəsizliyə dair aktual məsələləri, habelə xüsusi xidmət və hüquq-mühafizə orqanları arasında ikitərəfli əməkdaşlığın aktual məsələlərini müzakirə ediblər.
Görüşün sonunda Nikolay Patruşev Ramiz Mehdiyevlə Rusiya və Azərbaycan təhlükəsizlik şuraları aparatları arasında 2016-2017-ci illər üçün əməkdaşlıq planı imzalayıblar.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər