Dövlet Baxçalı: “Prezidentliyə namizədimiz bəlli, qərarımız qətidir”
Tarix: 30-01-2023 09:23 | Bölmə: Siyasət
Dövlet Baxçalı: “Prezidentliyə namizədimiz bəlli, qərarımız qətidir”

Rəcəp Tayyib Ərdoğanın prezidentliyə namizəd olması tam hüquqidir.

Reyting.az
“Anadolu” agentliyinə istinadla xəbər verir ki, bu sözləri Milliyyətçi Xalq Partiyasının lideri Dövlet Baxçalı Amasyanın Yavuz Səlim meydanında düzənlənən mitinqdə söyləyib.

Partiyadaşlarına xitabən “Amasya demək Vətən sevdalı ürəklərin toplusu deməkdir",- ifadəsini işlədən MXP lideri qarşıdan gələn prezident və parlament seçkilərində seçimlərinə aydınlıq gətirib:

“Kim nə deyirsə desin, bizim prezidentliyə namizədimiz bəllidir, qərarımız isə qətidir. Böhran arzulayanlar boş-boşuna çalışmasın, sözümüz sözdür. Cümhuriyyətimizin yüzüncü ildönümündə Vətənimizn möhtəşəm qələbəsinə hamımız birlikdə çiyin verəcəyik”.

ELÇİN
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}