Məhərrəm Əliyev: "Səfirliyimizdə törədilən terror dövlətimizə qarşı bir qəsddir"
Tarix: 30-01-2023 18:17 | Bölmə: Siyasət
Məhərrəm Əliyev:  "Səfirliyimizdə törədilən terror dövlətimizə qarşı bir qəsddir"

"İranda səfirliyimizdə törədilən terror dövlətimizə qarşı bir qəsddir və Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq".

Reyting.az
-ın məlumatına görə, bunu "Report"un sualına cavabında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyev deyib.

Onun sözlərinə görə, İranda Azərbaycan səfirliyində baş verən terrorla bağlı artıq hər kəs məlumatlıdır:

"Sözsüz ki, məsələ tam aydınlaşdırılmalıdır. Hadisədən zərər çəkmiş bütün vətəndaşlarımız dövlətin nəzarətindədir. Hesab edirəm ki, dünya onların (İranın - red.) əcaib işlərinə qiymət verirlər, törədilmiş qəsdi pisləyirklər".

"Məsələni tam aydınlaşdırmaq üçün müəyyən qədər vaxt lazımdır. Hazırda dövlətimiz tərəfindən bu hadisə ciddi araşdırılır" -, M. Əliyev vurğulayıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}