Yaxın Şərqdə münaqişə böyük müharibəyə çevrilə bilərmi?
Tarix: 31-01-2023 09:58 | Bölmə: Siyasət
Yaxın Şərqdə münaqişə böyük müharibəyə çevrilə bilərmi?

Srağagün axşam naməlum PUA-ların İranın İsfahandakı hərbi obyektlərinə hücumundan sonra bölgədə vəziyyət daha da görginləşib.

Reyting.az
xarici xəbər portallarına istinadla bildirir ki, bombalanan zavodlarda hərbi PUA-lar istehsal olunur və İran həmin PUA-ları Rusiyaya satır.

Rəsmi Tehran bu hava əməliyyatlarında İsraili ittiham edib. Tel-Əviv hələlik ittihamlara cavab verməsə də, prezident İshaq Hersoq özünün anti-İran meyllərini gizlətmir. O, partlayışlardan üç gün əvvəl Brüsseldə çıxış edərkən, qərbli həmkarlarını İranın simasında “şər qüvvələrə” qarşı birgə mübarizə aparmağa çağırıb.

Ekspertlər bu iki dövlət arasında tammiqyaslı hərbi münaqişəni gözləməyə dəymədiyi qənaətindədirlər.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}