Səudiyyəli prokuror Azərbaycanın Tehrandakı səfirliyinə xain terror aktını şiddətlə qınayıb
Tarix: 31-01-2023 12:23 | Bölmə: Siyasət
Səudiyyəli prokuror Azərbaycanın Tehrandakı səfirliyinə xain terror aktını şiddətlə qınayıb

Səudiyyə Ərəbistanı Krallığının Baş prokuroru Şeyx Səud bin Abdullah Əl Müacib Azərbaycanın Tehrandakı səfirliyinə xain terror aktını şiddətlə qınayıb.

Reyting.az
xəbər veirr ki, bu barədə Azərbaycan Baş Prokurorluğunun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, o, Azərbaycanın Baş prokuroru Kamran Əliyevlə görüşdə yanvarın 27-də ölkəmizin Tehrandakı səfirliyinə xain terror aktını şiddətlə qınadığını bildirərək, şəhid olan zabitimizə Allahdan rəhmət, yaralılara şəfa diləyib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı Krallığının Baş prokuroru Şeyx Səud bin Abdullah Əl Müacibin dəvəti ilə Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanında işgüzar səfərdə olub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}