DTX Azərbaycan səfirliyindəki terrorla bağlı məlumat yayıb - Xəbərdarlıq
Tarix: 31-01-2023 13:43 | Bölmə: Siyasət
DTX Azərbaycan səfirliyindəki terrorla bağlı məlumat yayıb

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyində törədilmiş terror aktı ilə bağlı cinayət işi üzrə araşdırmalar davam etdirilir.

Reyting.az
xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yaydığı məlumatda bildirilir.

Məlumata görə, həmin hadisə barədə araşdırmalara dair dəqiqləşdirilməmiş və rəsmi mənbələrə istinad edilməyən məlumatların yayımlanması istintaqın aparılmasına mane olmaqla əhali arasında çaşqınlığa və şayiələrin yayılmasına səbəb olur.

DTX bildirir ki, İranda baş vermiş hadisə ilə əlaqədar dövlət orqanlarına istinad olunmadan informasiyaların tirajlanmasının yolverilməzliyi barədə media qurumlarına xəbərdarlıq olunur.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}