DİN İranın casus şəbəkəsinə qarşı əməliyyat keçirib, 7 nəfər saxlanılıb
Tarix: 31-01-2023 15:10 | Bölmə: Siyasət
DİN İranın casus şəbəkəsinə qarşı əməliyyat keçirib, 7 nəfər saxlanılıb

Bu gün Bakıda İranın casus şəbəkəsinə qarşı xüsusi əməliyyat keçirilib.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, DİN tərəfindən əməliyyat keçirilən məkanlar arasında "SalamNews" informasiya agentliyi və “İnteraz” da var.

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilən xüsusi əməliyyat tədbirləri nəticəsində Bakıda və respublikanın digər bölgələrində 7 nəfər – A. T. Kərimov, E. A. Rəhimov, İ. Ə. Ələkbərov, M. N. Cəfərov, H. H. Cabbarlı, F. S. Əbdülov və A. Ə. Cümşüdov şübhəli şəxs qismində tutulublar.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}