Azərbaycan və İsrail müdafiə nazirləri telefonda müzakirə aparıblar
Tarix: 01-02-2023 11:17 | Bölmə: Siyasət
Azərbaycan və İsrail müdafiə nazirləri telefonda müzakirə aparıblar

Fevralın 1-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla İsrailin müdafiə naziri Yoav Qallantın təşəbbüsü ilə telefon danışığı olub.

Reyting.az
xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan-İsrail əlaqələrinin dostluq və qarşılıqlı etimada əsaslandığını vurğulayan Y.Qallant ölkələrimiz arasında mövcud münasibətlərdən məmnunluğunu ifadə edib.

General-polkovnik Z.Həsənov Y.Qallantı İsrail Dövlətinin müdafiə naziri təyin olunması münasibətilə təbrik edərək ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın genişlənəcəyinə əminliyini bildirib.

Danışıq zamanı tərəflər regional təhlükəsizlik məsələlərini, eləcə də ölkələrimiz arasında hərbi-texniki əməkdaşlığın perspektivlərini müzakirə ediblər.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}