16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Macarıstanın xarici işlər naziri Azərbaycana gəlib - Foto
Tarix: 03-02-2023 08:24 | Bölmə: Siyasət
Macarıstanın xarici işlər naziri Azərbaycana gəlib

Macarıstanın xarici işlər naziri Peter Siyarto Azərbaycana gəlib.

Reytıng.az
xəbər verir ki, bu barədə nazir "Facebook" hesabında qeyd edib.

Nazir Siyarto Cənub Qaz Dəhlizinin (CQD) Məşvərət Şurasının iclasında iştirak etmək üçüm Bakıda olduğunu bildirib.

Siyarto diqqətə çatdırıb ki, CQD ilə yanaşı Xəzər dənizi vasitəsilə elektrik xəttinin çəkilməsi ilə maraqlanan nazirlər də Bakıda toplaşacaq.

"Cənub-Şərqi Avropadan olan həmkarlarımız da burada olacaqlar. Ümid edirik ki, şaxələndirmə planlarının konkretləşdirilməsində əsaslı irəliləyiş əldə edə biləcəyik. Azərbaycanın hasilatından təbii qazın alınması Mərkəzi Avropanın alternativ təbii qaz mənbələri baxımından ən real ssenaridir", - deyə P. Siyarto bildirib.(APA)





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}