KTMT sülhməramlıları yeni hüquqi mexanizmlə işləyəcək
Tarix: 03-02-2023 09:38 | Bölmə: Siyasət
KTMT sülhməramlıları yeni hüquqi mexanizmlə işləyəcək

Bundan sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı qüvvələri əməliyyatları yeni hüquqi mexanizmə əsasən həyata keçirəcək.

Reyting.az
xarici KİV-lərə istinadla bildirir ki, KTMT-nın Katibliyi bir sıra media orqanlarının bu qurumun sülhü qorumaq üçün keçirdiyi əməliyyatların hüquqi əsasları barədə müraciətlərinə cavab verib.

Katibliyin şərhində deyilir ki, hazırda KTMT-də sülhməramlı əməliyyatlar üçün yeni hüquqi mexanizm işlənib hazırlanır:

“Hazırda göstərilən razılaşmaya dəyişikliyin edilməsi barədə 16 sentyabr 2021-ci il tarixli protokolun paraflanması proseduru həyata keçirilir. Burada sülhyaratma sahəsində KTMT adından BMT ilə qarşılıqılı fəaliyyəti koordinasiya edəcək dövlətin (Rusiya, Belarus və Tacikistan tərəfindən paraflanıb) müəyyən edilməsi qaydası nəzərdə tutulur”.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}