14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
Allahşükür Paşazadə: "İrandakı səfirliyimizə terrora sərt münasibət göstərilməlidir"
Tarix: 07-02-2023 14:41 | Bölmə: Siyasət
Allahşükür Paşazadə: "İrandakı səfirliyimizə terrora sərt münasibət göstərilməlidir"

"Dini liderlər Azərbaycanın İrandakı səfirliyindəki törədilmiş terrora sərt münasibət göstərməlidir"

Reyting.az
xəbər verir ki, bu sözləri BMT Sivilizasiyalar Alyansının təşəbbüsü ilə keçirilən Beynəlxalq İnsan Qardaşlığı Gününə həsr olunmuş tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə deyib.

O bildirib ki, din adından siyasi məqsədlər üçün sui-istifadə olunmasından irəli gələn təhlükələrin və nifrət çağırışlarının, söz azadlığı və din pərdəsi altında hər hansı radikalizm təzahürlərinin, milyonlarla insan üçün xüsusi həssasiyyət kəsb edən dini hisslərin, rəmz və müqəddəsliklərin təhqiri hallarının qarşısı alınmalıdır: "Bu yaxınlarda bəzi Avropa ölkələrində radikal şəxslər tərəfindən Quranın yandırılması, Qüdsdə və Peşəvərdə törədilən terror hücumları olduqca təhlükəli təzahürlərdir. Tehrandakı səfirliyimizə insan itkisi ilə nəticələnən terror hücumunu diqqətə çatdıraraq, bunu beynəlxalq hüquqa zidd təxribat aktı, Azərbaycan dövlətinə, xalqımıza birbaşa təhdid kimi qiymətləndirir".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}