14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
Ukraynalı xilasedicilər də Türkiyəyə köməyə gəlir
Tarix: 07-02-2023 20:39 | Bölmə: Siyasət
Ukraynalı xilasedicilər də Türkiyəyə köməyə gəlir

Fevralın 6-da Türkiyədə baş vermiş zəlzələnin nəticələrini aradan qaldırmağa kömək məqsədi ilə Ukrayna bu ölkəyə bir qrup xilasedici və texnika göndərir.

Reyting.az
xəbər verir ki, bu barədə Ukraynanın baş nazir Denis Şmıqal hökumətin iclasında bildirib.

D. Şmıqal deyib ki, Türkiyədə baş vermiş dəhşətli zəlzələ artıq minlərlə insanın həyatına son qoyub: “Minlərlə yaralı var, on minlərlə insan evsiz-eşiksiz qalıb. Ukrayna itkilərin nə olduğunu bilir və bu gün qonşularımızın ağrısını kəskin şəkildə hiss edir”.

Baş nazir əlavə edib ki, Ukrayna Türkiyəyə ilk yardım təklif edənlərdən olub.

D. Şmıqal diqqətə çatdırıb ki, Ukrayna prezidenti Vladimir Zelenskinin tapşırığı ilə Türkiyəyə humanitar və texniki yardım göstərəcəklər. “Söhbət Türkiyəyə ən çətin missiyaları yerinə yetirməyə hazır olan bir qrup xilasedici və texnikanın göndərilməsindən gedir”, - baş nazir bildirib.

E. KAMAL
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}