14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
Ekofəallar Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir - Fotolar
Tarix: 08-02-2023 08:46 | Bölmə: Siyasət
Ekofəallar Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, aksiya gecə boyu davam edib.

Aksiya iştirakçıları günə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirməklə başlayıblar.

Ekofəallar aksiyanın 59-cu günündə havanın qarlı və şaxtalı olmasına baxmayaraq müxtəlif şüarlar səsləndirirlər.

Hazırda havanın tempraturu -3 dərəcədir.

Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb.








Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}