14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
Ermənistanın XİN başçısı: "Rusiya ilə fikir ayrılıqlarımız var"
Tarix: 08-02-2023 14:52 | Bölmə: Siyasət
Ermənistanın XİN başçısı: "Rusiya ilə fikir ayrılıqlarımız var"

“Bəzi məsələlər, o cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) fəaliyyəti və siyasi qiymətləndirmələrlə bağlı Rusiya ilə fikir ayrılıqlarımız var”.

“Sputnik Armenia” xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Aratat Mirzoyan xorvatiyalı həmkarı Qordan Qrliç-Radmanla birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, bunu böhran adlandırmaq şişirtmə olar: “İrəvanla Moskva arasında münasibətlərdə böhran yoxdur. Ermənistanla Rusiya arasında müttəfiqlik münasibətləri var, həmçinin çoxlu ikitərəfli və çoxtərəfli sazişlər mövcuddur”.

A.Mirzoyan həmçinin bildirib ki, Ermənistan rəsmiləri rusiyalı həmkarları ilə daim təmasdadırlar/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}