Zelenski Londona səfər edib - Fotolar
Tarix: 08-02-2023 16:14 | Bölmə: Siyasət
Zelenski Londona səfər edib

Ukrayna prezidenti Vladimir Zelenski Britaniyada səfərdədir. Zelenski bu ölkəyə Kral Hərbi Hava Qüvvələrinə məxsus təyyarə ilə gəlib və onu gətirən təyyarə Stansted hava limanına enib.

Reyting.az
xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb.

Məlumata görə, Ukrayna prezidentini Böyük Britaniyanın baş naziri Rişi Sunak qarşılayıb.



“Sky News”un məlumatında isə bildirilir ki, Zelenski Sunakla danışıqlar aparacaq və bundan sonra Kiyev vaxtı ilə saat 15:00-da parlamentdə çıxış edəcək.

Bundan əlavə, Kral III Çarlzın bu gün günortadan sonra kral iqamətgahında Zelenski ilə görüşəcəyi də verilən məlumatlar sırasındadır.



Zelenski sosial şəbəkə hesabında yazıb:

"Böyük Britaniya Ukraynaya yardıma ilk gələnlərdən oldu. Və bu gün mən Britaniya xalqına göstərdiyi dəstəyə və baş nazir Rişi Sunaka şəxsən təşəkkür etmək üçün Londondayam”.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}