Politoloq: “Düşmənləri fantaziyalar qurub, Türkiyəni öz hesablarından silirlər”
Tarix: 09-02-2023 09:40 | Bölmə: Siyasət
Politoloq: “Düşmənləri fantaziyalar qurub, Türkiyəni öz hesablarından silirlər”

“Türkiyədə baş verən zəlzələ ölkədə ciddi problemlər yaradıb. Onlarla şəhər və kənd dağılıb, bir neçə milyon insan evsiz-eşiksiz qalıb, hələ də minlərlə qurban dağıntılar altındadır. Bu fəlakət türk xalqını və Türkiyənin bütün dostlarını, o cümlədən Azərbaycanı birləşdirəcək”.

Bunu Reyting.az-a politoloq Fərhad Məmmədov deyib.

F. Məmmədov bildirib ki, Azərbaycan Türkiyənin müttəfiqi kimi türk xalqına köməklik göstərmək üçün lazım olanı edir: “Türkiyənin bir çox bədxahları isə əllərini ovuşdurur, gələcək haqqında fantaziyalar qurur və Türkiyəni öz hesablarından silirlər. Bu, xüsusilə erməni ictimaiyyətində özünü göstərir. Amma zaman hər şeyi öz yerinə qoyacaq”.

Politoloq əlavə edib ki, Azərbaycanın regionda öz gündəliyini həyata keçirmək üçün kifayət qədər resursları var:

“Türkiyədə baş verən fəlakət ölkənin diqqətini və resurslarını öz gündəmini, xüsusən də Qarabağı həll etmək üçün daha da cəmləşdirəcək. Hətta deyərdim ki, bu, mühüm qərarların qəbulunu sürətləndirəcək”.

V. QULİYEV
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}