14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
YAP Türkiyədə zəlzələdən zərərçəkənlərə humanitar yardım göndərib
Tarix: 09-02-2023 17:03 | Bölmə: Siyasət
YAP Türkiyədə zəlzələdən zərərçəkənlərə humanitar yardım göndərib

Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı Türkiyədə zəlzələdən zərərçəkənlərə humanitar yardım göndərib.

Reyting.az
xəbər verir ki, bu barədə partiyadan məlumat verilib.

Bildirilib ki, Türkiyədə baş vermiş zəlzələ nəticəsində yaşanan faciə, minlərlə insanın həyatını itirməsi və yaralanması Azərbaycan xalqı tərəfindən dərin üzüntü ilə qarşılanıb.

Təbii fəlakətin baş verməsinin ardından Azərbaycan hər zaman olduğu kimi, ölkələrimiz və xalqlarımız arasında tarixi köklərə söykənən həmrəyliyin sarsılmazlığını bir daha nümayiş etdirib, dərhal qardaş ölkəyə öz dəstəyini göstərib. Acı faciənin fəsadlarının aradan qaldırılması üçün Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın müvafiq göstərişləri ilə təxirəsalınmaz tədbirlər həyata keçirilməkdə və qardaş Türkiyə xalqına humanitar yardım göstərilməkdədir. Eyni zamanda, Azərbaycan xalqının nümayəndələri könüllü olaraq yardım təşəbbüsləri irəli sürür, maddi və mənəvi dəstək göstərirlər.

Bütün Azərbaycan xalqı kimi, Yeni Azərbaycan Partiyasının üzvləri də bu çətin günlərdə Türkiyə xalqının yanında olduqlarını nümayiş etdirir, öz imkanları daxilində köməyini əsirgəmirlər. Bununla yanaşı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin tapşırığı əsasında YAP Mərkəzi Aparatı tərəfindən təbii fəlakətdən zərərçəkən şəxslərə humanitar yardım məqsədilə mal və avadanlıqlar, o cümlədən 45 ədəd generator, 150 ədəd elektrik qızdırıcısı, uşaqlar, qadınlar və kişilər üçün çoxlu sayda isti geyim dəstləri, yataq ləvazimatları, qış ayaqqabıları alınaraq qardaş Türkiyəyə göndərilməsi təmin edilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}