Deputatlar maaşının əhəmiyyətli hissəsini Türkiyəyə yardım üçün göndərib
Tarix: 10-02-2023 00:46 | Bölmə: Siyasət
Deputatlar maaşının əhəmiyyətli hissəsini Türkiyəyə yardım üçün göndərib

Milli Məclisin sədrindən başlamış sıravi deputata qədər - hamısı könüllü şəkildə maaşından əhəmiyyətli məbləği Türkiyəyə yardım üçün göndərib.

Reyting.az
xəbər verir ki, bunu Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin üzvü Fazil Mustafa bildirib.

F. Mustafa əlavə edib ki, üstəlik, xeyli deputat ayrı-ayrı yardımtoplama məntəqələrinə yaşam üçün vacib mallar da təhvil veriblər.

“Türkiyəmizin bu acı günündə hər kəs səmimi şəkildə öz imkanı çatanı etsin, yalandan vətənpərvərlik pozası alıb meymunluq etməyə gərək yox! Bölücülüklə məşğul olmağa nə gərək var? Prezidenti də, deputatı da, məmuru da, ziyalısı da, müəllimi də, həkimi də, hətta məktəblisi də Türkiyənin acısını öz canında hiss edir, əlindən gələni əsirgəmir. Bu gün hər bir ləyaqətli azərbaycanlı həqiqətən də Türkiyə ilə nəfəs alır”, - deyə F. Mustafa, bəzi sosial şəbəkə istifadəçilərinin “Görəsən, deputatlar Türkiyəyə yardım edibmi?” sualına cavabında qeyd edib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}