18:00 / 06-05-2024
DSMF-də yoxlama başlayıb
Rusiya XİN: “Qərb Cənubi Qafqazdakı dialoqa mənfi təsir göstərməsə..."
Tarix: 10-02-2023 16:14 | Bölmə: Siyasət
Rusiya XİN: “Qərb Cənubi Qafqazdakı dialoqa mənfi təsir göstərməsə..."

“Bakı, İrəvan və Tbilisi arasında üçtərəfli dialoq Qərbin dağıdıcı təsirinə məruz qalmasa, Moskva bu dialoqu alqışlayacaq”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə deyib.

Onun sözlərinə görə, rəsmi Moskva hesab edir ki, hər bir dövlət onun maraqlarına cavab verən, üçüncü ölkələrə qarşı yönəlməyən və mövcud qüvvələr balansını nəzərə alan beynəlxalq formatlarda iştirak etmək hüququna malikdir: “Bakı, İrəvan, Tbilisi arasında üçtərəfli dialoq Cənubi Qafqazda ziddiyyətlərin həllinə, sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verəcəksə, biz bunu ancaq alqışlaya bilərik. Əgər bu təşəbbüsün arxasında Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında üçtərəfli razılaşmaları pozmağa çalışan Vaşinqton və Brüsselin konturları görünərsə, o zaman bu, tamamilə fərqli hekayədir”/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}