23:31 / 08-09-2025
“Tesla” ABŞ-da bazar payını itirir
23:20 / 08-09-2025
ABŞ düşüncələrə nəzarət etməyə çalışır
23:10 / 08-09-2025
Fransanın baş naziri kabineti ilə istefaya göndərilir
20:22 / 08-09-2025
Bakıda ermənilərin məhkəməsi davam edir
18:54 / 08-09-2025
Zakir Həsənov Türkiyənin yeni hərbi attaşesini qəbul edib
18:14 / 08-09-2025
TƏBİB-in elektron sistemində problem yaranıb
18:09 / 08-09-2025
Metro işçilərinin tətili Londonu iflic edib
18:03 / 08-09-2025
AFFA prezidenti: "Əsas məqsədlərdən biri uşaq futbolunun inkişafıdır"
17:52 / 08-09-2025
Prezident: BMT ilkin vəzifələrini yerinə yetirmir
17:43 / 08-09-2025
Baş katib Ukrayna məsələsini müzakirə etməyə gedir
17:38 / 08-09-2025
Rüfət Səfərovun məhkəmə prosesi keçirilib
17:30 / 08-09-2025
Azərbaycan millisinin heyətində dəyişikliklər olub
17:25 / 08-09-2025
800-dən çox rusiyalını Latviyadan çıxarırlar
17:11 / 08-09-2025
Xəzər dənizində brakonyer saxlanılıb - Video
17:09 / 08-09-2025
Ali təhsil müəssisələrinə qeydiyyat müddəti uzadılıb
16:35 / 08-09-2025
Milli Məclisə yeni qanun layihəsi göndərilib
16:29 / 08-09-2025
Rusiya Qarabağda yaşamış ermənilərdən terrorçu qrup yaratmaq istəyir
16:12 / 08-09-2025
"Azərpoçt" adından fırıldaqçılıq kampaniyası başlayıb
16:02 / 08-09-2025
Prezident Döyüş Bayrağı haqqında Əsasnamə təsdiqləyib - Fotolar
15:55 / 08-09-2025
Prezident Sumqayıt Sənaye Parkı ilə bağlı fərman imzalayıb
15:43 / 08-09-2025
Prezident Təşkilat Komitəsi yaradıb - Sərəncam
15:40 / 08-09-2025
Professor: Rusiya tədricən Çinin təsirinə düşür
15:39 / 08-09-2025
"Bulvar"ın keçmiş rəhbəri özünü təqsirli saymır - Məhkəmə prosesi
15:31 / 08-09-2025
Lalə Şövkət: "Belə siyasətdən danışmağı rəva bilmirəm"
15:20 / 08-09-2025
Xocalı və Ağdərəyə növbəti köç olub - (Yenilənib) - Fotolar
14:46 / 08-09-2025
Rezidenturaya qeydiyyat prosesi başlayır
14:14 / 08-09-2025
Ceyhun Bayramov ABŞ-nın Ticarət Missiyasının nümayəndələrini qəbul edib
14:05 / 08-09-2025
Laçında traktor dərəyə aşıb: bir nəfər ölüb
13:59 / 08-09-2025
İcraçı direktor vəzifədən azad olunub
11:53 / 04-09-2025

16:06 / 04-09-2025

11:13 / 04-09-2025

00:18 / 04-09-2025

18:25 / 06-09-2025

22:31 / 05-09-2025

18:12 / 04-09-2025

18:42 / 05-09-2025

18:05 / 07-09-2025

13:20 / 07-09-2025

22:21 / 05-09-2025

08:10 / 04-09-2025

Trampı prezident taxtından salmaq istəyirlər
Tarix: 24-08-2018 14:59 | Bölmə: Siyasət / Slayd

Dəlisov hərəkətləri və bəzən ziddiyyətli bəyanatları ilə dünyaya meydan oxuyan, bir sıra oturuşmuş ticarət və diplomatik sitemləri yerindən oynadan ABŞ prezidenti Donald Trampın karyerası ciddi təhlükə ilə üzləşib.
Reyting.az saytı xarici mətbuata istinadla xəbər verir ki, noyabrın 6-da ABŞ konqresinə keçiriləcək seçkilərdən sonra Trampın rəqibləri onun impiçment məsələsini gündəmə gətirə və buna asanlıqla nail ola bilərlər.
Artıq ABŞ və dünya mətbuatının, o cümlədən siyasi dairələrin əsas müzakirə mövzusu Trampın laxlayan taxtından nə vaxt salınacağı, onun yerinə kimin gətirləcəyi ilə bağlı ehtimallardır. Hələlik bu barədə müzakirələrə toxunmadan Trampın belə vəziyyətlə necə üzləşməsinə qısaca nəzər salaq.
Xatırladaq ki, ABŞ Federal Təhqiqatlar Bürosunun əməkdaşları prezident Donald Trampın keçmiş vəkili Maykl Koeni həbs ediblər. ABŞ KİV-lərinin yaydığı məlumata görə, dələduzluqda ittiham olunan Koen avqustun 21-də özü könüllü FTB-yə gedib. Bu, Koenin vəkilləri ilə prokurorlar arasında əldə edilmiş sövdələşmə çərçivəsində baş tutub. Sövdələşmə Koenin vergilərdən yayınması, Trampın seçkiqabağı kampaniyasının maliyyələşdirilməsi ilə bağlı qanunsuzluqlar, habelə bank sferasında maliyyə fırıldaqları barədə ittihamlara aiddir.
ABŞ mətbuatının xəbərinə görə, sövdələşməyə əsasən, Koen bu ittihamlar üzrə özünü təqsirli bilir, ittiham tərəfi isə ona yüngül cəza tələb etməyə razılaşır. Lakin mənbələr bildirir ki, Koen və prokurorlar həbs müddəti barədə razılığa gələ bilməyiblər. Hüquqşünasın vəkilləri israr edir ki, Koen uzağı üç il həbs cəzası almalıdır. Prokurorlar isə 4 il və daha çox cəzadan danışırlar.
Qeyd edək ki, Maykl Koen Trampın hüquqşünaslar komandasının "1 nömrəli” üzvü olub və həm seçki kampaniyası dövründə, həm də ondan əvvəl hazırki prezidentin maraqlarını müdafiə edib.
Koen FTB-yə təslim olduqdan sonra məhkəməyə çıxarılıb. O, məhkəmədə hər şeyi etiraf edib, maliyyə cinayətlərini Trampın tapşırığı ilə həyata keçirdiyini bildirib.
Trampın saxtakarlığı üzə çıxır
Koen yalan ifadə verməyəcəyinə dair and içərək hakimlərə bildirib ki, Tramp seçkilərin nəticələrinə təsir etmək məqsədi ilə ona iki qadına pul ödəməyi tapşırıb. Söhbət Donald Trampla intim münasibətlərdə olmuş pornoaktrisa Stefani Klifforddan və "Playboy” jurnalının keçmiş modeli Karen Makduqaldan gedir.
Tramp Melaniya ilə evli olduğu halda həmin qadınlarla intim münasibətlərdə olub. Və bu məsələnin seçki kampaniyası zamanı açıqlanmasına və nəticədə seçkilərin nəticələrinə təsir göstərməsinə imkan verməmək üçün vəkili vasitəsilə onlara yüz minlərlə dollar ödəyib.
"Əgər bu qadınlara pul ödəmək Makyl Koen üçün cinayətdirsə, o zaman nəyə görə Donald Tramp üçün də cinayət sayılmasın?”, - Koenin vəkili məhkəmədə sual edib.
Məhkəmə sənədlərində Trampın adı necə çəkilir?
CNN bildirir ki, Koen məhkəmədə birbaşa Trampın adını çəməyib, amma məhkəmə sənədlərində prezidentin adı "Şəxs-1” kimi keçir.
Koen məhkəmədə Trampın seçki kampaniyasını maliyyələşdirmək üçün qanunsuz yollarla 500 min dollar kredit aldığını da etiraf edib.
Koenin vəkili deyib ki, onun müdafiə etdiyi şəxs Rusiyanın seçkilərə müdaxiləsini araşdıran xüsusi prokuror Robert Mülleri maraqlandıra biləcək informasiyaya da malikdir.
Vəkil Lenni Devisin bildirdiyinə görə, Koen xüsusi prokurora 2016-cı il seçkilərində Amerika demokratik sistemini gözdən salmağa yönəlmiş sövdələşmə, Trampın demokratların seçki qərargahına haker hücumları barədə məlumatlı olduğu haqda xüsusi prokurora ifadə verməkdən "xoşbəxt olacaq”.
Maykl Koenin xüsusi prokurora Tramp-Rusiya sövdələşməsi barədə bildiklərini danışması Müllerin ABŞ prezidentinə ittiham irəli sürməsinə gətirib çıxara bilər. Hesab olunur ki, Müller Trampın əleyhinə artıq bir sıra dəlillər toplayıb.
Seçki qərargahının rəhbərini niyə həbs ediblər?
Maraqlıdır ki, ABŞ-da baş verən bütün proseslər president Trampın əleyhinə işləyir. Belə ki, ABŞ-ın Virciniya ştatının Aleksandriya şəhərində federal andlılar məhkəməsi Donald Trampın seşkiqabağı təşviqat kampaniyası qərargahının sabiq sədri Pol Manafort barədə qərar qəbul edib. O, ittiham olunduğu 18 maddədən 8-i üzrə təqsirkar bilinib.
Məlumata görə, ittihamlar üzrə səkkiz maddədən beşi vergilərdən yayınma, biri xarici bank hesablarının rəsmən açıqlanmaması, ikisi bank fırıldaqçılığı ilə bağlıdır. Yerdə qalan 10 maddəni hakim etibarsız hesab edib. Çünki andlılar həmin maddələr üzrə ittihamlar barədə razılığa gələ bilməyiblər.
Vaşinqtondakı siyasi şərhçilər məhkəmənin hökmünü vəkil Robert Müllerin Rusiyanın 2016-cı ildə ABŞ-da prezident seçkilərinə güman edilən müdaxiləsinin araşdırılması işində mühüm qələbəsi hesab edirlər. İttiham aktının hər maddəsi uzunmüddətli həbs nəzərdə tutur. Əgər hakim andlıların nəticələri ilə razılaşarsa, P. Manafortu 80 ilədək həbs cəzası gözləyir. Belə olan halda 69 yaşlı P. Manafort ömrünün qalan hissəsini həbsxanada keçirəcək.
Xüsusi vəkil Robert Müller və onun prokuror komandası Pol Manaforta qarşı hələ fevral ayında ittiham irəli sürüb. İki həftə davam edən məhkəmə araşdırması zamanı vəkil Pol Manafortun dəbdəbəli həyatının xərclərini ödəməsi məqsədilə ABŞ hökuməti orqanlarından milyonlarla dollarları gizlətdiyini sübut etmək və dəlilləri göstərmək üçün onun onlarca mühasibini və köməkçisini məhkəmə qarşısında sorğu-sual edib. Donald Tramp Pol Manafort barədə hökmü “rüsvayçılıq” adlandırıb.
Bununla yanaşı, sentyabr ayında Vaşinqtonda P. Manafortun lobbiçilik fəaliyyəti üzrə dinləmələr başlanacaq.
Prezident vəkilinin suçu nə?
Diqqətçəkən məqam budur ki, Donald Tramp seçki qərargahı rəhbərinin həbsindən daha çox, vəkilinin etiraflarına reaksiya verib. O, etiraflar edən keçmiş vəkili Maykl Koeni kəskin tənqid edib.
Avqustun 22-də yazdığı bir neçə "Twitter" postunda Tramp bildirib ki, Koen pis vəkil olub və o, ABŞ prokurorlarının təzyiqlərinə tab gətirə bilməyib, elə buna görə də sövdələşmə əldə etmək məqsədilə özündən əhvalatlar uydurub.
Tramp yazıb ki, Koenin avqustun 21-də özünü təqsirli bildiyi maliyyə pozuntuları əslində cinayət deyil. Lakin bir çox hüquqşünaslar prezidentin bu mülahizəsini qəbul etməyə də bilərlər.
“Tramp cinayət edib…”
Bu arada Koenin vəkili Lenni Devis "CBS News" kanalına deyib ki, Koenin etirafı və Manhetten məhkəməsində verdiyi ifadələr onun qanunsuz ödənişlər etməyə Tramp tərəfindən sövq edilməsinin aşkar göstəricisidir:
"Bu tamamilə qəti və mübahisəsizdir ki, Donald Trampın vəkilləri xüsusi prokuror Robert Mullerə yazdıqları məktubda prezidentin göstəriş verdiyini qeyd edirlər. Bu isə Maykl Koenin and altında dünən məhkəmədə verdiyi ifadədə işlətdiyi eyni ifadədir”.
Devis deyib ki, Tramp cinayət törədib və ona qarşı ittiham irəli sürülməlidir:
"Əgər o, prezident olmasaydı, aydın şəkildə ittihamla üzləşməli və cinayətinə görə həbsxanaya salınmalı idi. Lakin onun bir prezident kimi ittiham oluna biləcəyi məsələsi barədə qərarı Ali Məhkəmə çıxarmalıdır”.
Sabiq müşavir əks tərəfə keçib
Bu arada ABŞ prezidenti Donald Trampın sabiq müşaviri Maykl Kaputo Ağ Ev liderinin əleyhinə çıxıb. O bildirib ki, impiçment məsələsi çox realdır.
Kaputo “CNN”ə açıqlamasında impiçmentin ABŞ prezidentinin keçmiş şəxsi vəkili Maykl Koenin ifadəsindən sonra baş tutacağını bildirib.
Eyni zamanda, Koen etiraf edib ki, Trampın göstərişi ilə pornoaktrisa Stormi Deniels və “Playboy” modeli Karen Makduqalla susmaları üçün pul ödəyib.
Kaputo bildirib ki, bu, impiçment üçün kifayətdir.
Tramp onu taxtdan salmaq istəyənləri hədələyir
ABŞ president Tramp onu taxtdan salmaq istəyənlərə boyun əymək niyyətində deyil. Üstəlik, əleyhdarlarını təhdid etməkdən də çəkinmir.
Tramp ittihamlara və prezidentliyinə son vermək istəyənləri Amerika iqtisadiyyatı ilə hədələyib. Əlavə edib ki, ABŞ prezidentinə impiçment elan olunması ölkə iqtisadiyyatı üçün acı fəsadlara gətirib çıxaracaq.
O, "Fox News"a müsahibəsində özünün prezidentlik dönəmini də tərifləyib, ölkə iqtisadiyyatının indiyədək olmadığı ən yüksək zirvəyə yetişdiyini bildirib:
"İndi mən başa düşə bilmirəm, bu qədər gözəl iş görənə necə impiçment elan etmək olar. Əgər nə vaxtsa, mənə qarşı impiçment elan etsələr, bazarlar çökəcək, hamı çox kasıb olacaq".
Trampı Mayk Pens əvəz edəcək?
Son olaraq qeyd edək ki, Amerika qanunlarına görə, əgər Tramp vaxtından əvvəl taxtdan salınarsa, onu ölkənin vitse-prezidenti əvəzləyəcək. Yəni prezidentlik postu konqresin təsdiqi ilə avtomatik olaraq vitse-prezident Mayk Pensə ötürülə bilər.
Qeyd edək ki, ABŞ mətbuatı Pensi Amerikanın “Boz kordinalı” adlandırır. İddia edirlər ki, Trampı president postuna əslində, Pens gətirib. O, kölgədə qalaraq, Trampın seçki prosesi zamanı yolunu açan ən vacib fiqur olub. İndisə onun özünün prezident postuna oturması reallığa daha yaxındır.
Pensin gizli həqiqətləri
Bir müddət əvvəl “Tramp haqqında həqiqət” kitabını yazmış jurnalistlər Maykl D`Antonio və Peter Aysnerin hələ xeyli əvvəl yazdıqları “Kölgə prezidenti: Mayk Pens haqqında həqiqət” kitabı bu ilin avqustun 28-də oxuculara təqdim olunacaq.
ABŞ mətbuatının yazdığı məlumata görə, həmin kitabda Pensin bu günə qədər həyat yolu haqda ən xırda incəliklərə qədər yazılıb. Kitabda qeyd edilir ki, İndiana ştatının qubernatoru olmuş Pensin fikrincə, onun dilindən çıxan hər iti kəlmə ilahi bəyandır: “Tanrı istəmədiyi təqdirdə, Tramp – prezident, Pens – vitse-prezident olmayacaqdı. Onun təqdiri ilə Oval Offisə yol açılıb, bu, Tanrının böyük planıdır”.
D’Antonio deyir: “İnsanlar Pensin kim olduğunu anlamırlar. O, dindar-fanatikdir”.
D’Antonionun fikrincə, Pens Ağ Evə, düşünüləndən daha erkən sahib ola bilər. Trampın impiçment perspektivi nəzərə alınmadan. Sadəcə, Tramp iqtidarının kifayət qədər olduğuna qərar verər.
Həmmüəllif D’Antonio deyir: “Mən onun Bill Klinton kimi siyasi cəhətdən möhkəm, səbatlı olduğunu düşünmürəm. O, partizan döyüşünü sevmir. Yalnız onu sevən insanların mitinqlərinə gedir. Buna görə də Pensə daha diqqətlə baxmaq lazımdır”.
“Kölgə prezidenti”də yazılana görə, o, siqaretin xərçəngə səbəb olduğuna inanmır və iqlim dəyişikliyi ilə əlaqədar həyəcan siqnallarının “hökumətin insanların həyatına nəzarəti gücləndirilməsinə dair gizli səylərin idarəedilməz şeytani məqsəd” sayır.
O, afro-amerikalılara zülm etməyi təklif edir. Qubernator olarkən, Pens cinayət törətmədiyi açıq-aydın olan və həbsxanada ömrünün təxminən on ilini keçirmiş zəncini əfv etmə təklifini rədd edib. Həmçinin, Miçiqan ştatındakı Flint şəhərində baş verənlərə bənzər böhranı həll etməyib. Halbuki İndiana şəhərində kasıb, əsasən qaradərililərin yaşadığı insanlar məhəllədə hər gün təhlükəyə məruz qalıb.
D’Antonio deyir: “Məncə, o da, Tramp kimi mövhumatçıdır”.
Seçkilərdə Tim Keynlə vitse-prezident müzakirəsi zamanı Pens, Trampın “audit başa çatdıqdan sonra” vergi bəyannamələrini açıqlaması barədə gülməli söz işlədib və Trampın Vladimir Putinin rəhbərliyini tərifləməməyini iddia edib, halbuki videoyazı əks-iddianı təsdiqləyirdi.
Kitabda deyilir ki, 2016-cı ilin seçkilərinə Rusiyanın müdaxiləsi ilə əlaqədar yüksək səviyyəli bir brifinqdə kəşfiyyat səlahiyyətliləri Pensə bu müdaxilənin nəticələrini hələ təyin etmədiklərini bildirib. Amma sonradan Pens açıq şəkildə heç bir təsirin olmadığını iddia edib.
D’Antonionun sözlərinə görə, Pens öz əxlaqi baxışının dövlət siyasətinə əks olunması vacibliyinə mütləq şəkildə inanır.
D’Antonionun kitabına görə, Pens özünü və xristian döyüşçülərini müqəddəs, lakin məzlum bir qrup olaraq görür və onun gələcək ümidinə əsasən, seçilmiş insanlar kimi, mühafizəkar yevangelistlər, düşmənlərini məğlub edəcək və xristian ümmət yaradacaqlar.
D’Antonio iddia edir ki, əgər Pens Trampın prezidentliyinin ilk dövrünün ikinci yarısında iqtidar sahibi olarsa, 2020 və 2024-cü ildə namizədliyini irəli sürmək haqqı qazanacaq və potensial olaraq 10 il Ağ Evə sahiblik edəcək.
Xatırladaq ki, bu il noyabrın 6-da ABŞ Konqresinə aralıq seçkilər keçiriləcək. Demokratlar Partiyasının bu seçkilərdə çoxluq qazanacağı gözlənilir. O zaman isə Respublikaçılar Partiyasını təmsil edən Donald Trampa qarşı impiçment elan oluna bilər.
Bölməyə aid digər xəbərlər

Bu gün, 23:10
Fransanın baş naziri kabineti ilə istefaya göndərilir
Bu gün, 17:38
Rüfət Səfərovun məhkəmə prosesi keçirilib
Bu gün, 15:31
Lalə Şövkət: "Belə siyasətdən danışmağı rəva bilmirəm"
Bu gün, 13:46
Kamala Harris mühafizəsiz qalıb
Bu gün, 11:29
Saxta soyqırımla bağlı qanun dəyişir
6-09-2025, 15:29
Azərbaycanın ŞƏT-ə üzvlüyünə Rusiya da mane olub
6-09-2025, 09:52
Aleksey Overçuk “Tramp marşrutu”na müsbət yanaşır
5-09-2025, 12:34
Putin: Zelenskiyə təhlükəsizlik zəmanəti verməyə hazırıq
5-09-2025, 12:16
Milli Məclisin növbədənkənar sessiyası çağırılıb
5-09-2025, 11:05
Putin Qərb qoşunlarını vurmaqla hədələyir
5-09-2025, 10:24
Elnur Məmmədov Peru XİN başçısı ilə görüşüb - Fotolar
5-09-2025, 08:03
Tramp Pentaqonla bağlı bəyanat verəcək
4-09-2025, 16:51
Geri çağırılan səfir Leyla Abdullayevanın yoldaşı imiş
4-09-2025, 15:51
XİN Sudan hökumətinə başsağlığı verib
4-09-2025, 12:15
Tramp: Putin və Zelenski sülhə hazır deyillər
4-09-2025, 10:19
Məhkəmə deputatın şikayətini rədd edib
4-09-2025, 07:54
Putin: Kiyev sülhə gəlməsə, Rusiya vəzifəsini silahla həll edəcək
4-09-2025, 07:48
Ukrayna üçün təhlükəsizlik zəmanəti hazırlanıb
3-09-2025, 17:04
Siyasətçilər deportasiyaya görə Kanadadan kömək istəyirlər
3-09-2025, 16:53
İlham Rəhimova sanksiya tətbiq olunub
3-09-2025, 12:59
Paşinyan deputatlara Rusiya mövzusunda danışmamağı tapşırıb
3-09-2025, 12:29
Zakir Həsənov Vyetnam HDQ Komandanlığında olub
3-09-2025, 07:50
Fidan və Əl-Sani Fələstini müzakirə ediblər
2-09-2025, 15:25
Ərdoğan: "Zəngəzur dəhlizi məsələsində hər hansı bir problem yoxdur"
2-09-2025, 14:23
Milli Məclis bəyanat yayıb
2-09-2025, 13:35
Kremlin məxfi planı üzə çıxıb - Foto
2-09-2025, 12:30
Hərbi təyyarə istehsalı gərginliyə səbəb olub
2-09-2025, 07:46
Vaşinqtonun qlobal liderliyə iddiası saxtadır
1-09-2025, 19:47
Qaya Məmmədov: Minsk Prosesinin bağlanması ilə uğursuz bir diplomatik yanaşma sona çatıb
1-09-2025, 18:52
Həbs edilən Şahin Şıxlinskinin yerinə seçki keçirilib
1-09-2025, 15:56
Bakıda məhkəmə: Levon Mnatsakanyanın ifadələri elan olunub
1-09-2025, 12:08
Bakıda ermənilərin cinayət işi üzrə məhkəmə davam edir
1-09-2025, 10:17
Fransanın Bakıdakı keçmiş səfiri ölkəni tərk edib: "Vaxt nə tez gəlib keçir" - Foto
1-09-2025, 10:09
Ruslar 6 ay ərzində 130 yaşayış məntəqəsini işğal edib
1-09-2025, 07:10
ŞƏT-ə üzv ölkələrin Dövlət Başçıları Şurasının iclası keçirlir
31-08-2025, 10:15
Çin Azərbaycanın suveren inkişaf modelini dəstəkləyir
30-08-2025, 00:24
Töhmət alan icra başçısı: “İş olan yerdə nöqsan da olur"
29-08-2025, 15:36
Pakistanla Ermənistan arasında diplomatik münasibətlər qurulur
29-08-2025, 15:16
BQXK sentyabrda Bakıdakı ofisini bağlayacaq
29-08-2025, 11:39
Portuqaliya prezidenti: Tramp Rusiya agenti kimi davranır
29-08-2025, 11:17
Ermənistanlı konsul Azərbaycana casusluqda ittiham edilir
29-08-2025, 10:19
Tramp Kiyevdən və Zelenskidən narazıdır
29-08-2025, 09:58
Əhməd Muxtar həbs olunub
Bu gün, 23:20
ABŞ düşüncələrə nəzarət etməyə çalışır
Bu gün, 17:09
Ali təhsil müəssisələrinə qeydiyyat müddəti uzadılıb
Bu gün, 15:43
Prezident Təşkilat Komitəsi yaradıb - Sərəncam
Bu gün, 15:40
Professor: Rusiya tədricən Çinin təsirinə düşür
Bu gün, 12:43
Rusiyaya qarşı daha sərt sanksiyalar hazırlanır
Bu gün, 11:09
Ukraynanı üç hissəyə bölürlər
Bu gün, 10:51
Avropa liderləri müharibəyə son qoymaq üçün ABŞ-a gedir
Bu gün, 00:57
İlin son Ay tutulması başa çatıb - (Yenilənib)
Dünən, 13:20
Bu gün əlavə imtahan keçirilib - (Yenilənib)
5-09-2025, 22:21
Bakı-Tehran-Bakı aviareysi bərpa olunur
5-09-2025, 15:46
ABŞ altı ölkəni böyük təhlükə ilə üz-üzə qoyur
5-09-2025, 12:56
Rusiya XİN AZAL-ın vurulan təyyarəsi ilə bağlı yalan məlumat yayıb
5-09-2025, 11:39
Ukraynaya 10 min sülhməramlı yerləşdirmək istəyirlər
5-09-2025, 11:19
Əfqanıstanda zəlzələ: 2200-dən çox insan ölüb
4-09-2025, 16:06
Çin dünyaya meydan oxuyur - Hərbi ekspert
4-09-2025, 11:53
100 min əsgər hücuma hazırlaşır
4-09-2025, 11:13
ŞƏT-də daxili didişmələr: Azərbaycan hansı tərəfdədir?
4-09-2025, 10:22
ABŞ nümayəndələri Zəngəzur dəhlizini müzakirə etməyə gəlirlər
4-09-2025, 08:01
Asteroid Yer kürəsinin yanından keçib
3-09-2025, 19:08
Putin: Azərbaycanla Rusiya arasında problemlər var, amma...
3-09-2025, 18:40
Universitetlərin boş qalan yerlərinə qəbulun nəticələri elan olunub
3-09-2025, 18:03
Putin Zelenskini Moskvaya dəvət edib
3-09-2025, 13:51
İsrail təyyarələri Türkiyə səmasından istifadə edirmi?
3-09-2025, 12:48
Dünyanı məhv etmək gücünə malik raketlər nümayiş olunub
3-09-2025, 12:27
Daha bir güclü zəlzələ: 1400-dən çox insan həyatını itirib
2-09-2025, 16:05
Cəlaloğlu: Milli Məclis aprel işğalına siyasi qiymət verməlidir
2-09-2025, 15:28
Deputat: Hindistan Cənubi Qafqazda gərginlik yaratmağa çalışır
2-09-2025, 13:56
Rusiya Avropanın iki ölkəsində gərginlik yaradıb
2-09-2025, 12:16
Kiyevə hücum: insanlar metro stansiyalarına sığınıb
2-09-2025, 11:47
ABŞ və İsrailin müdaxiləsi: İranda nə rejim dəyişdi, nə də...
2-09-2025, 11:19
Elm və Təhsil Nazirliyində iki təyinat olub - Fotolar
2-09-2025, 07:40
Yerdə güclü geomaqnit qasırğası başlayıb
2-09-2025, 07:33
Masazırdakı yanğında iki nəfər ölüb - (Video)
1-09-2025, 18:10
Keçmiş sovet ölkələri sürətlə Rusiyadan uzaqlaşmağa məcburdur
1-09-2025, 16:45
Çində Azərbaycanla bağlı tarixi qərar verilə bilər
1-09-2025, 15:17
ATƏT-in Minsk Prosesi bağlanır - Qərar verilib
1-09-2025, 13:53
Kriminal avtoritet həbs olunub - Foto
1-09-2025, 12:31
Ərəb dünyası İsraildən uzaqlaşır, bəs Azərbaycan və Qazaxıstan?
1-09-2025, 08:55
Çində Əliyev-Ərdoğan görüşü keçirilib - (Yenilənib) - Foto
1-09-2025, 07:23
20-yə yaxın gəmi Qəzzanın blokadasını yarmağa gedir
31-08-2025, 15:02
İlham Əliyev Çində görüşlər keçirib - (Yenilənib) - Fotolar
31-08-2025, 08:49
Prezident İlham Əliyevin Çin lideri Si Cinpin ilə görüşü keçirilib - (Yenilənib) - Fotolar
30-08-2025, 00:10
Azərbaycanla ABŞ arasında Anlaşma Memorandumu imzalanlb
29-08-2025, 16:23
Hərbi xidmətə çağırış başlayır
29-08-2025, 15:41
Cümşüd Nuriyev: Bizi təxribata çəkə bilməzlər