Səfirliyimiz Türkiyədəki Azərbaycan vətəndaşlarına müraciət edib
Tarix: 11-02-2023 23:18 | Bölmə: Siyasət
Səfirliyimiz Türkiyədəki Azərbaycan vətəndaşlarına müraciət edib

Azərbaycanın Ankaradakı səfirliyi Türkiyənin zəlzələdən zərər çəkmiş bölgələrində məskunlaşmış Azərbaycan vətəndaşlarına müraciət edib.

Reyting.az
xəbər verir ki, bu barədə səfirlik “Tvitter”də paylaşım edib.

Paylaşımda qeyd olunur ki, zəlzələdən zərər çəkmiş bölgələrdə məskunlaşmış Azərbaycan Respublikası vətəndaşları təxliyə üçün +90 535 577 61 68 nömrəli qaynar xətt vasitəsilə səfirliklə əlaqə saxlaya bilərlər. Təxliyə yalnız zəlzələ bölgəsinə aiddir!

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.

İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}