09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Laçın-Xankəndi yolunda aksiya 67 gündür davam edir
Tarix: 16-02-2023 09:25 | Bölmə: Siyasət
Laçın-Xankəndi yolunda aksiya 67 gündür davam edir

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.

Reyting.az
xəbər verir ki, aksiya gecə boyu davam edib.

Aksiya iştirakçıları günə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirməklə başlayıblar.

Ekofəallar aksiyanın 67-cı günündə havanın şaxtalı olmasına baxmayaraq müxtəlif şüarlar səsləndirirlər. Hazırda havanın tempraturu -8 dərəcədir.

Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb.(APA)




Bölməyə aid digər xəbərlər