09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Ned Prays: "Ermənistan və Azərbaycan davamlı sülhə doğru fəaliyyət göstərməlidir"
Tarix: 16-02-2023 12:18 | Bölmə: Siyasət
Ned Prays: "Ermənistan və Azərbaycan davamlı sülhə doğru fəaliyyət göstərməlidir"

“Ermənistana, Azərbaycana, həm də bütövlükdə regiona ismarışımız gərginliyi azaltmaq üçün bir yol tapmaq, əhatəli və davamlı sülh yoluna yenidən daxil olmağın vacibliyindən ibarətdir”.

Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Ermənistan və Azərbaycan gərginliyi azaldaraq əhatəli və davamlı sülhə doğru fəaliyyət göstərməlidir.

Sözçü ABŞ-ın Azərbaycanla Ermənistan arasında danışıqlarda tutduğu roldan bəhs edərək bu istiqamətdə göstərilən səylərdə ikitərəfli və çoxtərəfli formatda iştirak etdiklərini qeyd edib. O, bundan sonra da prosesi irəliyə aparmaq üçün ölkəsinin çoxtərəfli strukturlar və qruplaşmalar vasitəsilə əllərindən gələni edəcəklərini vurğulayıb:

“Ümid edirik ki, başqa ölkələr də eyni siqnalı göndərəcək”(Report)




Bölməyə aid digər xəbərlər