09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Paşinyan Azərbaycana yeni təklif göndərib
Tarix: 16-02-2023 12:53 | Bölmə: Siyasət
Paşinyan Azərbaycana yeni təklif göndərib

Ermənistan fevralın 15-də Azərbaycan ilə sülh müqaviləsi üzrə işin növbəti mərhələsini başa vurub və təkliflərini rəsmi Bakıya təqdim edib.

“Sputnik-Armenia” xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan hökumətin iclasında deyib.

Onun sözlərinə görə, söhbət Ermənistanın təkliflərinin əks olunduğu tam müqavilənin layihəsindən gedir: "Biz layihə üzərində işləyərkən hər an imzalamağa hazır olduğumuz sənədi əldə etmək məntiqini əsas götürürük. Aydındır ki, sənəd Azərbaycan üçün də məqbul olmalıdır. Ümid edirik ki, danışıqlar prosesinin üç mərhələsi ərzində əldə olunmuş müəyyən tərəqqini daha da inkişaf etdirmək mümkün olacaq. Əsas odur ki, imzalanma dayanıqlı sülhə gətirib çıxarsın".

O, hökumətin və şəxsən özünün maksimum qısa müddət ərzində bu müqaviləni imzalamağa hazır olduğunu təsdiqləyib/Report.

Paşinyan daha sonra Ermənistanla Türkiyə münasibətlərindən söz açıb. Deyib ki, Türkiyə ilə sərhəddə yerləşən Ani körpüsünün bərpası layihəsini çoxdan hazırlayıb: "Bu körpünün bərpası simvolik addım ola bilər. Bundan əlavə, zəlzələdən sonra rəsmi İrəvanın Türkiyəyə humanitar yardım göstərməsi iki ölkə arasında münasibətlərin bərpasına kömək edə bilər".

Reyting.az




Bölməyə aid digər xəbərlər