09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Ruslar Baxmutu yenidən atəşə tutub: ölənlər və yaralılar var - Fotolar
Tarix: 17-02-2023 01:14 | Bölmə: Siyasət
Ruslar Baxmutu yenidən atəşə tutub: ölənlər və yaralılar var

Rusiya ordusu Ukrayna ərazilərini yenidən atəşə tutub. Reyting.az Ukrayna KİV-lərinə istinadla xəbər verir ki, Baxmut şəhərinin artilleriya (top və “Qrad” reaktiv yaylım atəş sistemi ilə) atəşinə tutulması nəticəsində 5 dinc sakin həlak olub, 9 nəfər yaralanıb.

Ukraynanın Baş Prokurorluğu bildirir ki, fevralın 16-da işğalçıların atdığı mərmilər yaşayış məntəqələrinə düşüb.

Məlumata görə, Rusiya ordusunun hücumu nəticəsində həlak olanlardan üçü kişi, ikisi qadındır.

Yaralılarla yanaşı, həm də çoxsaylı evə ziyan dəyib.

Baş Prokurorluğun məlumatına görə, işğalçılar axşam saatlarında şəhəri atəşə tutmaqda davam edirlər.







ELÇİN
Reyting.az




Bölməyə aid digər xəbərlər