09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Deputat Milli Məclisdə "Azərtac"ın işçisinin müdafiəsinə qalxıb
Tarix: 17-02-2023 13:51 | Bölmə: Siyasət
Deputat Milli Məclisdə "Azərtac"ın işçisinin müdafiəsinə qalxıb

Azərtac-ın keçmiş müxbiri Aygün Əliyeva mediada açıqlama verərək intihar edəcəyini bildirib. Mən o müxbirlə əlaqə saxladım dedim ki, çalışacağam sənin hüquqlarını müdafiə edim”.

Reyting.az xəbər verir ki, bu barədə deputat Qüdrət Həsənquliyev Milli Məclisin bugünkü iclasında söz açıb.

Deputatın spözlərinə görə, dövlət qulluqçuları siyasi partiyanın üzvü olmamalıdır: "Azərtac isə publik hüquqi şəxsdir və oranın rəhbərliyi siyasi tərəf tuta bilir. Aygün Əliyeva öz adı ilə yox, başqasının adı ilə Operativ Qərargahı tənqid edən yazı yazıb deyə araşdırıb onu işdən çıxarıblar. Bu qadının siyasi motivlərlə işdən çıxarılması məhkəmə qərarları ilə də görünür. Hesab edirəm ki, məhkəmə sistemində nizam-intizam yaradılmalıdır”.




Bölməyə aid digər xəbərlər