Ermənistanın hökumət binası qarşısında etiraz aksiyası keçirilir - Foto
Tarix: 20-02-2023 11:31 | Bölmə: Siyasət
Ermənistanın hökumət binası qarşısında etiraz aksiyası keçirilir

Ermənistandakı kazarmada baş verən yanğında həlak olan əsgərlərin yaxınları hökumət binası qarşısında etiraz aksiyası keçirirlər.

Reyting.az
Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, ölən əsgərlərin yaxınları əvvəlcə Müdafiə Nazirliyinin binası qarşısında piket keçirərək, övladlarının ölümünün təfərrüatlarına aydınlıq gətirilməsini tələb ediblər. Etirazçıların bəziləri müdafiə naziri Suren Papikyanın istefa verməsində israrlı olduqlarını bildiriblər. Daha sonra eyni tələblərlə hökumət binası qarşısına toplaşıblar.

Bildirilir ki, etirazçılar Ermənistanın baş naziri Nikol Paşinyanla görüş tələb edirlər.



Valideynlərin nümayəndəsi, vəkil Norayr Norikyanın jurnalistlərə deyib ki, həlak olan hərbçilərin yaxınları övladlarının ölümü ilə bağlı rəsmi məlumatlara inanmır, dərin və hərtərəfli araşdırma aparılmasını istəyirlər.

Hazırda valideynlər vəkilin müşayiəti ilə hökumət binasında Nazirlər Kabinetinin nümayəndəsi ilə görüşdədirlər. Onların hökumətdə konkret kiminlə görüşdüyü məlum deyil.

Qeyd edək ki, yanvarın 19-na keçən gecə saat 01:30 radələrində baş verən yanğın nəticəsində 15 hərbçi ölüb, daha üç nəfər yanıq xəsarətləri alıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər