Zaxarova: “Ukrayna ilə münaqişəyə son qoymağın şərti var”
Tarix: 22-02-2023 20:33 | Bölmə: Siyasət
Zaxarova: “Ukrayna ilə münaqişəyə son qoymağın şərti var”

Rusiya XİN-nin sözçüsü Mariya Zaxarova Ukrayna ilə hərbi münaqişəni başa çatdırmağın şərtlərini açıqlayıb.

Reyting.az
TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya xarici siyasət idarəsinin rəsmi nümayəndəsi Mariya Zaxarova danışıb.

Məlumatda qeyd olunur ki, Rusiya XİN-nin rəsmisi mövcud hərbi qarşıdurmaya son qoymaq üçün kollektiv Qərbin və onun kiyevli tərəfdaşlarının siyasi iradəsi tələb olunur. Onun sözlərinə görə, hazırda Moskva bunu müşahidə eləmir.
“Rusiya münaqişələrin həmişə diplomatik yolla həll edilməsinə çalışır”, - deyən Zaxarova Ukraynada qarşıdurmanı danışıqlar masası arxasında nizamlamaqdan ötrü Rusiyanın özünün bütün imkanlarından istifadə etdiyini dilə gətirib.

ELÇİN




Bölməyə aid digər xəbərlər