Vahid Əhmədov: "Rusiya ilə danışıqları daha da intensivləşdirmək lazımdır"
Tarix: 24-02-2023 12:11 | Bölmə: Siyasət
Vahid Əhmədov: "Rusiya ilə danışıqları daha da intensivləşdirmək lazımdır"

"Bir neçə gün bundan əvvəl atəşkəs 15 dəfə pozuldu: "O cümlədən Sədərək, Şuşa və Kəlbəcərə atəş açıldı. Problem kifayət qədər ciddiləşib. Ona görə də Laçın yolunda nəzarət mexanizmini həyata keçirmək üçün Rusiya ilə danışıqları daha da intensivləşdirmək lazımdır".

Reyting.az
xəbər verir ki, bu sözləri  Milli Məclisin deputatı Vahid Əhmədov bugünkü iclasda deyib.

O bildirib ki, Azərbaycanın Laçın yolunda gömrük-sərhəd buraxılış məntəqəmiz olmalıdır: "Bununla həmin yoldan Qarabağ ərazisinə silah-sursatın çatdırılmasının qarşısını ala bilərik. Çünki bu gün də ərazidə qeyri-qanuni erməni silahlı birləşmələri var. Vəziyyətin getdikcə kritik hala gələcəyi gözləniləndir”.

E.ARAZ




Bölməyə aid digər xəbərlər