Kiyev Pekinin münaqişənin nizamlanması planını bəyənməyib
Tarix: 24-02-2023 17:02 | Bölmə: Siyasət
Kiyev Pekinin münaqişənin nizamlanması planını bəyənməyib

Ukrayna rəsmisi Çinin hərbi münaqişənin nizamlanmasına dair təklif etdiyi planını “uyğun olmayan sənəd” adlandırıb.

Reyting.a
z yerli media resurslarına istinadla bildirir ki, bu barədə Ali Radadakı “Xalqın xidmətçiləri” iqtidar fraksiyasının başçısı David Araxamiya açıqlama verib.

“Rada” telekanalının efirində çıxış edən siyasətçi Pekinin Kiyevə göndərdiyi “sülh planı” paketini özləri üçün qəbuledilməz saydığını bildirib:

“Yəni, Pekin istəyir ki, biz artıq danışıqlar masasının arxasında əyləşməli və dərhal nə barədəsə razılığa gəlməliyik. Bizə görə, bu, məqbul mövqe deyil”.

Y. QACAR




Bölməyə aid digər xəbərlər