Borrel: “Pekinin “mövqeli planı”na sülh paketi demək olmaz”
Tarix: 27-02-2023 09:57 | Bölmə: Siyasət
Borrel: “Pekinin “mövqeli planı”na sülh paketi demək olmaz”

Avropa İttifaqının ali nüümayəndəsi Jozep Borrel Pekinin Ukraynada münaqişənin nizamlanması üzrə təklif etdiyi plandakı qüsurlu məqamlardan danışıb.

Reyting.az
xarici media portallarına istinadla xəbər verir ki, Jozep Borrel gündəlik bloqunda Çinin Ukraynaya dair təklif etdiyi sülh paketini şərh edib.

Borrel qeyd edib ki, müttəfiqlərin siyasi bloku Pekinin sənədini öyrənəcək, amma artıq indidən həmin təklifdə çox mühüm məqamların yer almadığını söyləmək mümkündür.

Avropa diplomatiya birliyinin başçısı göstərib ki, əslində Pekinin “mövqeli planı”nı sülh paketi hesab etmək olmaz və o, ÇXR-in münaqişə barədə hamıya məlum nöqteyi-nəzərini sadəcə təkrarlayır.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər