Ceyhun Bayramovun Sergey Lavrovla görüşü başlayıb - Fotolar
Tarix: 28-02-2023 11:15 | Bölmə: Siyasət
Ceyhun Bayramovun Sergey Lavrovla görüşü başlayıb

Azərbaycanda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrovun azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşü başlayıb.

Reyting.az
xəbər verir ki, C. Bayramov S. Lavrovla dövlətlər arasında ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərini, eləcə də aktual regional məsələləri müzakirə edirlər.

Onu da qeyd edək ki, bu gün S. Lavrov Rusiya-Azərbaycan Ekspert Şurasının üçüncü iclası çərçivəsində “XXI əsrdə Rusiya-Azərbaycan münasibətləri: regional təhlükəsizlik kontekstində strateji tərəfdaşlıq” mövzusuna həsr olunan konfransda da iştirak edəcək.

Xatırladaq ki, S. Lavrovun Bakıya səfəri 2022-ci il fevralın 22-də Moskvada imzalanmış Azərbaycan ilə Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin birinci ildönümünə həsr edilib.

Fevralın 27-də Azərbaycan prezidenti İlham Əliyev S. Lavrovu qəbul edib.






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}