Deputat: “Ermənistanla münasibətlərin normallaşması prosesi tezliklə başlanacaq”
Tarix: 01-03-2023 15:47 | Bölmə: Siyasət
Deputat: “Ermənistanla münasibətlərin normallaşması prosesi tezliklə başlanacaq”

"Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransında Vardanyanla bağlı tələbini səsləndirdikdən sonra Qarabağda yaşayan erməni icmasının nümayəndələri ilə təmasların qurulması məsələsi də reallaşır. Ölkə başçımız Qarabağda yaşayan erməni əsilli əhalinin vətəndaşlarımız olduğunu dəfələrlə bəyan edib. Hesab edirəm ki, bu gün Xocalıda baş tutmuş görüşdə də erməni əsilli vətəndaşlarımızın ölkəmizə inteqrasiyası məsələləri müzakirə olunub".

Reyting.az
xəbər verir ki, bunu "Report"a Milli Məclisin deputatı Azər Badamov deyib.

"Görüş barəsində verilən məlumatlara görə, növbəti görüşlər Azərbaycanın digər şəhərlərində baş tuta bilər. Yəni uzun illər aralarında düşmənçilik baş vermiş ermənilərin inteqrasiyası üçün belə görüşlər çox təşkil olunmalı və beləliklə, normallaşma prosesi başlayacaq. Bu görüşlər hər hansı dairənin təşəbbüsü ilə deyil, ancaq ölkə başçımızın siyasəti sayəsində baş tutur. Hesab edirəm ki, Ermənistanla sülh müqaviləsinin imzalanması prosesi də ikitərəfli görüşlərdə müzakirələr keçirməklə reallaşacaq", - deputat vurğulayıb.

O əlavə edib ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesinə xarici tərəfdaşların ilk baxışdan töhfə verdiyi görünsə də, reallıqda heç bir effektivliyi yoxdur:

"Hesab edirəm ki, Ermənistanla münasibətlərin normallaşması prosesi də tezliklə başlanacaq və 2023-cü il regiona sülh və sabitlik gələcək".

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}