BMT Baş Assambleyasının prezidenti Azərbaycana səfər edib - Fotolar
Tarix: 02-03-2023 09:02 | Bölmə: Siyasət
BMT Baş Assambleyasının prezidenti Azərbaycana səfər edib

BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Çaba Koroşi Qoşulmama Hərəkatının COVID-19-dan sonrakı bərpaya həsr olunmuş zirvə görüşündə iştirak etmək üçün Azərbaycana gəlib.

Reyting.az
xəbər verir ki, bu barədə BMT rəsmisi sosial şəbəkə hesabında yazıb:

"Bakıda energetika naziri Pərviz Şahbazov və Azərbaycanın BMT-dəki Nümayəndəliyinin rəhbəri Yaşar Əliyev tərəfindən səmimi qarşılandım.
Azərbaycanın məlumatlara, dəlillərə və elmə əsaslanan ağıllı enerjiyə keçidindən çox təsirləndim.

Yaşıl enerji transformasiyasında liderlik edən ölkəyə səfər etməkdən məmnunam".





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}