Hökumət Ələsgər Məmmədliyə təzminat ödəyəcək
Tarix: 02-03-2023 16:22 | Bölmə: Siyasət
Hökumət Ələsgər Məmmədliyə təzminat ödəyəcək

Bu gün, martın 2-də Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) IREX Azərbaycan Nümayəndəliyinin işinə dair qərar qəbul edib. Məhkəmə Azərbaycan hökumətinin təşkilatın fəaliyyətinə qanunsuz müdaxilə etdiyinə görə təzminat ödəməsinə dair qərar çıxarıb.

Reyting.az
xəbər verir ki, bu barədə media hüquqları üzrə ekspert Ələsgər Məmmədli özünün sosial media hesabında məlumat verib.

O bildirib ki, fəaliyyətinin son 10 ilində öncə hüquqşünas, sonra layihə rəhbərinin müavini və bağlanandığı dönəmdə ölkə üzrə nümayəndəsi (rəhbəri) olduğum Beynəlxalq təşkilat IREX-in Azərbaycan nümayəndəliyi (Beynəlxalq tədqiqtlar və Mübadilələr Şurası) 1998-ci ildən 2014-cü ilədək tam 16 il Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı, təhsil, media sahəsində fəaliyyət göstərib, milyonlarla vəsait xərclədi və on minlərlə insana müxtəlif köməyi dəyib:

"2014-cü ildə qondarma ittihamla qarşı-qarşıya qalan təşkilata məşhur 142006023 saylı cinayət işi açıldı, qanunsuz şəkildə axtarışa məruz qaldı, sənədləri, kompüterləri götürüldü, hesabına həbs qoyuldu, ofisi bağlandı... Yalnız 6 il sonra 2020-ci il 10 iyul tarixində qondarma cinayət işi ləğv olundu, hesabındakı həbs götürüldü. Onlarla məhkəmə çəkişməsində, müxtəlif instansiyalarda haqqımızı aramağa cəhd etdik, olmadı. Yerli məhkəmələr bütün gerçəklərə faktiki gözlərini yumdular. Yekunda Avropa İnsan Hüquqları Məhkəməsinə üz tutduq. Bu gün Avropa Məhkəməsi İREX Azərbaycan Nümayəndəliyinin işinə dair qərar qəbul edib. Müdaxilə qanunsuz olduğuna görə təzminat ödənilməsinə qərar verib".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}