ABŞ İrana qarşı sanksiyaları genişləndirib
Tarix: 02-03-2023 20:53 | Bölmə: Siyasət
ABŞ İrana qarşı sanksiyaları genişləndirib

Birləşmiş Ştatların Maliyyə Nazirliyi özünün İran üzrə “qara siyahı”sına Buşerdəki neft-kimya şirkətini və 20 İran gəmisini də əlavə edib.

Reyting.az
Qərbin elektron mediasına istinadla xəbər verir ki, bu barədə Ağ evdəki mötəbər mənbə məlumat yayıb.

Məlumatda qeyd olunur ki, 2022-ci ilin iyul ayında ABŞ Maliyyə Nazirliyi İranın neft sektoru ilə əlaqəsi olan 13 şirkətə, iki dəniz tankerinə və iki fiziki şəxsə qarşı sanksiyalar tətbiq edib. “Qara siyahı”ya düşən firma və müəssisələr BƏƏ, ÇXR və Vyetnamda qeydiyyatdan keçibmiş. Buraya Qabon və Panamanın bayraqları altında üzən neft tankerləri də daxildir.

Y. QACAR




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}