14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
XİN-dən İranda yoxa çıxan azərbaycanlı tələbə haqda açıqlama: "Araşdırma davam edir"
Tarix: 10-03-2023 11:22 | Bölmə: Siyasət
XİN-dən İranda yoxa çıxan azərbaycanlı tələbə haqda açıqlama: "Araşdırma davam edir"

“İranda Fərid Səfərlinin itkin düşməsi ilə bağlı Təbrizdəki Baş Konsulluğumuza da məlumat verilib”.

Reyting.az
xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə açıqlama verib.

Onun sözlərinə görə, hazırda araşdırma davam edir: “Həm Xarici İşlər Nazirliyi, həm də konsulluq bu işlə məşğuldur. Hələ ki, bir yenilik yoxdur”.

Qeyd edək ki, Almaniyada yaşayan Azərbaycan vətəndaşı 1997-ci il təvəllüdlü Fərid Səfərli İranda itkin düşüb. Azərbaycan vətəndaşının itkin düşməsi ilə bağlı İrana nota verib.

Onu da qeyd edək ki, Fərid Səfərli Almaniyanın Yena Universitetinin tələbəsidir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}