14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
İki ölkə Ukrayna ilə bağlı yeni razılaşma əldə edib
Tarix: 10-03-2023 21:07 | Bölmə: Siyasət
İki ölkə Ukrayna ilə bağlı yeni razılaşma əldə edib

Britaniya və Fransa Ukraynanın dəniz piyadalarına birgə hərbi təlim keçəcək. Reyting.az xarici KİV-lərə istinadla bildirir ki, bunu Fransa prezidenti Emmanuel Makron Böyük Britaniyanın baş naziri Rişi Sunakla Parisdə keçirdiyi birgə mətbuat konfransında deyib.

E. Makron əlavə edib ki, Rusiyanın işğalçılıq siyasətinin bütün dünyaya yayılmasının qarşısını almaq üçün hər şeyi edirlər:

"Biz Ukrayna ordusuna və mühüm seqmentlərə təlim keçmək üçün konkret birgə tədbirlər haqqında razılığa gəldik".

E. Makron və R. Sunak ümumi imkanların gücləndirilməsini, xüsusən də gəmi əleyhinə raketlərin və qanadlı raket sistemləri ilə bağlı müzakirələr aparıblar.

Sunak diqqətə çatdırıb ki, Böyük Britaniya və Fransa “bir daha Putin kimilərin enerji təhlükəsizliyimizdən silah kimi istifadə edə bilməməsi"nə çalışırlar.

E. KAMAL
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}