Avropa Ukraynaya silah-sursat üçün ayrılan vəsaiti artırıb
Tarix: 14-03-2023 14:41 | Bölmə: Siyasət
Avropa Ukraynaya silah-sursat üçün ayrılan vəsaiti artırıb

Avropa İttifaqı Avropa Sülh Fondundakı vəsaitin məbləğini 2,2 milyard avro artıraraq, Ukraynaya silah tədarükü üçün ehtiyatı 2027-ci ilə qədər 7,979 milyard avroya çatdırıb. Reyting.az xəbər verir ki, bu barədə Avropa İttifaqı (Aİ) Şurası bəyanat yayıb.

Bildirilir ki, Aİ Şurası əlavə maliyyə ehtiyaclarını qarşılayacaq Avropa Sülh Fondunun maliyyə həddinin 2027-ci ilə qədər cari qiymətlərlə 7,979 milyard avroya yüksəldilməsi qərarını təsdiqləyib.

Qeyd edək ki, bundan əvvəl Aİ-nin xarici xidmətinin rəhbəri Josep Borrell Aİ ölkələrini öz strateji ehtiyatlarından Kiyevə təcili sursat tədarükünə görə kompensasiya etmək üçün mart ayında bu fonddan 1 milyard avro ayrımağa çağırıb.

EÇLİN
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}