Şuşa şəhərində etirazlar davam edir
Tarix: 15-03-2023 09:12 | Bölmə: Siyasət
Şuşa şəhərində etirazlar davam edir

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, aksiya gecə boyu da davam edib.

Aksiya iştirakçıları günə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirməklə başlayıblar.

Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}