Putin: “Bəşər Əsədlə birgə mühüm uğurlar əldə etmişik”
Tarix: 15-03-2023 20:29 | Bölmə: Siyasət
Putin: “Bəşər Əsədlə birgə mühüm uğurlar əldə etmişik”

Prezident Vladimir Putin bildirib ki, Rusiya Federasiyası və Suriyanın birgə səyləri sayəsində beynəlxalq terrorizmlə mübarizədə mühüm uğurlar əldə olunub.

Reyting.az
Rusiya KİV-lərinə istinadla xəbər verir ki, Putin çərşənbə günü Kremldə Suriya prezidentini qəbul edərkən deyib:

"Biz daimi təmasdayıq və əlaqələrimiz inkişaf edir. Bizim birgə səylərimiz və Rusiya silahlı qüvvələrinin Suriyadakı həlledici töhfəsi sayəsində beynəlxalq terrorizmlə mübarizədə mühüm nəticələr əldə olunub".

Rusiya prezidenti vurğulayıb ki, əldə edilən nəticələr “sosial-iqtisadi və daxili siyasi vəziyyəti sabitləşdirmək imkan” yaradır.

Putin təəssüflə qeyd edib ki, Suriya xalqı “başqa bir çox ciddi problemlə, fəlakətlə - zəlzələ ilə üzləşib”. "Bu, təbii ki, vəziyyəti daha da gərginləşdirir. Amma biz əsl dostlar kimi sizə dəstək olmağa çalışırıq", - o, həmkarını nəzərdə tutaraq deyib.

Rusiya lideri xatırladıb ki, fəlakətdən sonra Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin tabeliyində olan bölmələr Suriyada işləyib. O əlavə edib ki, Suriyada olan Rusiya Silahlı Qüvvələrinin nümayəndələri də fəlakətin nəticələri ilə mübarizəyə öz töhfələrini verirlər.

Onu da qeyd edək ki, prezidentlərin görüşündə Rusiya tərəfdən xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, tikinti və mənzil-kommunal təsərrüfatı naziri İrek Fayzullin, maliyyə naziri Anton Siluanov, prezidentin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov, prezidentin mətbuat katibi Dmitri Peskov da iştirak ediblər.

E. KAMAL
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}