07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Dünya müharibəsi başqa formada başlayıb
Tarix: 16-03-2023 09:59 | Bölmə: Siyasət
Dünya müharibəsi başqa formada başlayıb

Moskvada rəsmi səfərdə olan Suriya prezidenti Bəşər Əsəd Qərbin Üçüncü dünya müharibəsinə başladığını bəyan edib.

Reyting.az
xarici KİV-lərə istinadla xəbər verir ki, Suriya lideri bu barədə Kremldə Rusiya prezidenti Vladimir Putinlə görüşündən sonra danışıb.


Bəşər Əsəd

Onun sözlərinə görə, Qərb Vladimir Zelenskinin əli ilə Ukraynada və terrorçuların vasitəsilə Suriyada Üçüncü dünya müharibəsi törədib:

“Artıq Üçüncü dünya müharibəsi gedir. Sadəcə, bu müharibə hamının gözlədiyi formada deyil. Ənənəvi olaraq, dünya müharibəsi deyəndə bir neçə dövlətin orduları arasında üz-üzə döyüşlər nəzərdə tutulur, amma indi elə deyil...”

E. KAMAL
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}