17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Ağdamda iki nəfər minaya düşərək ölüb - (Yenilənib)
Tarix: 16-03-2023 13:24 | Bölmə: Siyasət
Ağdamda iki nəfər minaya düşərək ölüb - (Yenilənib)

Ağdam rayonu Yusifcanlı kənd ərazisində kənd sakinləri mina partlayışı nəticəsində həyatlarını itiriblər. 

Reyting.az
xəbər verir ki, bu barədə DİN-nin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 1999-ci il təvəllüdlü İsrail İbrahim oğlu Həsənov və 1987-ci il təvəllüdlü Amid Hüseyn oğlu Həsənov heyvan otararkən minaya düşüblər. 

Araşdırma aparılır. 

***

Ağdam rayonunda iki nəfərin minaya düşərək həlak olması faktı araşdırılır.

Reyting.az
xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər.

Məlumata görə, rayonun Səfərli qəsəbə sakinləri - 1999-ci il təvəllüdlü İsrail Həsənov və 1987-ci il təvəllüdlü Amid Həsənovun rayonun işğaldan azad edilmiş Yusifcanlı kəndi ərazisində mina partlayışı nəticəsində ölməsi faktı üzrə prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri istintaq hərəkətləri aparılıb.

Hazırda Ağdam Rayon Prokurorluğunda araşdırma davam etdirilir.

"2020-ci ilin 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan bu günə qədər Ermənistan silahlı qüvvələrinin basdırdıqları minaların partlaması nəticəsində hərbi qulluqçu və mülki şəxs olmaqla üumumilikdə 49 nəfər həlak olub, 234 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb", - məlumatda qeyd edilib.




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}