17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
NATO-nun keçmiş baş katibi ermənilərin təsirinə düşüb
Tarix: 17-03-2023 10:03 | Bölmə: Siyasət
NATO-nun keçmiş baş katibi ermənilərin təsirinə düşüb
Rasmussen

NATO-nun istefada olan baş katibi Rasmussen deyəsən, erməni konyakını və Sevan gölünün balığını həddindən artıq qəbul edib. Yəqin elə buna görədir ki, Xankəndi-Laçın yolunun dərhal blokadadan çıxarılması ilə bağlı İrəvandan prezident İlham Əliyevə mesaj göndərmək qərarına gəlib.

Reyting.az
xəbər verir ki, bunu Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov bildirib.

Deputat NATO-nun sabiq baş katibinin davranışını əsassız sayır və buna səbəb də göstərir:

“Birincisi, yol hər iki istiqamətdə işləyir və bu yaxınlarda 3000-dən çox sülhməramlı və “Qırmızı Xaç”a məxsus avtomobil həmin yolla hərəkət edib.

İkincisi, cənab Rasmussen 5 il NATO-ya rəhbərlik edib və bu vəzifədə olarkən Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasını İrəvana çatdırmağı lazım bilməyib”.

Musabəyovun fikrincə, Rasmussen yaratdığı konsaltinq firmasına “yağlı müqavilələr” bağlamaq üçün Ermənistan-Azərbaycan problemləri ilə məşğul olmaq istəyir. Bu halda Bakıdan ona veriləcək yeganə cavab kobud, lakin kifayət qədər münasib olacaq.

EÇLİN




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}