11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
Dağıstan-Azərbaycan-İran yolunun taleyi qeyri-müəyyəndir - Politoloq
Tarix: 17-03-2023 10:26 | Bölmə: Siyasət
Dağıstan-Azərbaycan-İran yolunun taleyi qeyri-müəyyəndir
Vladimir Putin

"Rusiya prezidenti Vladimir Putin martın 16-da Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının qurultayında çıxışı zamanı Dağıstan-Azərbaycan-İran yolunun tikintisini tezləşdirməyi təklif edib. Kreml sahibi Dağıstan-Azərbaycan-İran yolunun tikintisini sürətləndirməyi və maliyyə mənbələrini dəqiqləşdirməyi tapşırıb. Onun sözlərinə görə, Şimal-Cənub dəhlizi kimi, bu yola da hər zaman ehtiyac olacaq. Putin vurğulayıb ki, mürəkkəb geosiyasi vəziyyətə baxmayaraq, yolun inşasına bütün tərəflər razılıq verib".

Reyting.az
-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu deyib.

Şahinoğlu daha sonra sual ünvanlayıb:

"Putinin səsləndirdiyi layihə hazırki şərtlər daxilində necə reallaşacaq?


Elxan Şahinoğlu

Kreml sahibi sonuncu cümləsində özü də etiraf edib ki, bölgədə mürəkkəb geosiyasi vəziyyət mövcuddur. Putin bunu deyərkən hər halda İranla Azərbaycan arasındakı gərgin münasibətləri də nəzərdə tutub.

Əlbəttə, Azərbaycan müxtəlif regional layihələrin reallaşmasında maraqlıdır, Şimal-Cənub nəqliyyat dəhlizi də bölgədəki çəkimizi artıra bilər. Ancaq bu layihəni reallaşdırmadan əvvəl İran Azərbaycanla bağlı siyasətini korrektə etməli, təxribatlardan əl çəkməlidir”.

Politoloqun fikrincə, Şimal-Cənub nəqliyyat dəhlizi Qərbin sərt sanksiyalarından əziyyət çəkən Rusiya və İran üçün əhəmiyyətlidir: “Belədirsə, hər iki dövlət Azərbaycanın ərazi bütövlüyünə hörmət etməlidir. Ancaq Rusiya bölgədə erməni separatizmini bəsləyir, İran isə həm bunu edir, həm də Zəngəzur dəhlizinin açılmasını əngəlləməyə çalışır. Bu şərtlər altında Şimal-Cənub nəqliyyat dəhlizinin perspektivi dumanlıdır".

ELÇİN
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}