ABŞ Ukraynaya “F-16” qırıcıları verir?
Tarix: 17-03-2023 11:46 | Bölmə: Siyasət
ABŞ Ukraynaya “F-16” qırıcıları verir?

Polşanın Ukraynaya “MiQ-29” qırıcıları göndərmək qərarı "suveren qərar"dır, bu, ABŞ prezidenti Co Baydeni Kiyevə “F-16” təyyarələri göndərməyə təşviq etmir. Reyting.az xəbər verir ki, bunu Ağ evdən bildiriblər.

CNN-nin məlumatına görə, ABŞ Milli Təhlükəsizlik Şurasının rəsmisi Con Kirbi deyib ki, Polşanın digər NATO tərəfdaşlarından fərqli olaraq Ukraynaya 4 təyyarə göndərəcəyinə söz verməsi ABŞ-ın mövqeyini dəyişmir.

C. Kirbi əlavə edib ki, Polşanın qərarı ABŞ-ın “F-16”larla bağlı qərarına təsir göstərmir: “Biz ölkələrin suveren qərarlarına hörmət edirik”.

Qeyd edək ki, Kirbi Polşanın qərarının şərhindən imtina edib. Deyib ki, ABŞ-ın bu qərarı xarakterizə etməyə haqqı yoxdur.

Y. QACAR




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}