20:20 / 13-01-2025
Erməni nazir Amerikaya gedir
İsrail prezidenti baş nazirə səsləndi: "Bu islahatı dərhal durdur!"
Tarix: 27-03-2023 10:20 | Bölmə: Siyasət
İsrail prezidenti baş nazirə səsləndi: "Bu islahatı dərhal durdur!"

Baş nazir Benyamin Netanyahunun mübahisəli məhkəmə islahatlarının dayandırılmasını tələb edən müdafiə nazirini vəzifəsindən azad etməsindən sonra minlərlə israilli küçələrə çıxıb.

Reyting.az
-ın məlumatına görə, İsrail prezidenti İsxak Hersoq sosial media hesabında hökumətə müraciət edib.

O, baş nazir Binyamin Netanyahuya müraciətində deyib: "Baş nazirə, hökumət üzvlərinə və koalisiya üzvlərinə müraciət edirəm: Hisslər ağır və ağrılıdır. Bütün dünyanı dərin bir narahatlıq bürüyüb. Təhlükəsizlik, iqtisadiyyat, ümumilikdə cəmiyyət təhdid altındadır. İsrail xalqının gözü sənin üzərindədir. İsrail xalqının birliyi namizinə etiraz doğuran prosesi dərhal dayandırın".

Prezident digər payaşımında isə belə yazıb: "İsrail xalqının birliyi naminə, məsuliyyət naminə qanunvericilikdə nəzərdə tutulan bu islahat paketini dərhal dayandırmağa çağırıram. Mən koalisiya, müxalifət kimi bütün qrupların başçılarını ölkə vətəndaşlarını hər şeydən üstün tutmağa, daha gecikmədən məsuliyyətlə və cəsarətlə hərəkət etməyə çağırıram. İndi və dərhal! Bu, siyasi məqam deyil, liderlik və məsuliyyət məqamıdır”.

E. ARAZ





Bölməyə aid digər xəbərlər